Təsadüfmü, tendensiyamı, qanunauyğunluqmu? ÖZƏL-ŞƏRH

23 Sentyabr 2019 10:04 (UTC+04:00)

“Duyğularınıza diqqət edin – düşüncənizə çevrilir, düşüncənizə diqqət edin – fikrinizə çevrilir, fikrinizə diqqət edin – nitqinizə çevrilir, nitqinizə diqqət edin – hərəkətinizə çevrilir, hərəkətinizə diqqət edin – xarakterinizə çevrilir, xarakterinizə diqqət edin – o sizin taleyinizə çevrilir.” – Hind mütəfəkkiri Mahatma Qandinin bu sözlərini eşitdim-eşidəli dil əzbəri et­mişəm, Tanrı sonunu xeyir eləsin, özünü, sözünü bilənlərin hamısının günahlarını bağışlayıb, yeni günahlardan arındırsın (inş.)! Dünəndən bəri sosial mediada müxalifətin radikal qanadının öndə gedən isimlərindən birinin ailəsində baş verənlər öz övladları tərəfindən ictimailəşdirilib, tirajlanmaqdadır". Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun (MQF) İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

"Əlbəttə, hər bir ailədə söz-söhbət ola bilər, insanıq, yanlışımız-doğrumuz ola bilər, əsəbi, gərgin məqamlar yaşana bilər – buna görə kimisə qınamaq bizlik deyil və mən hətta sözü­gedən ailə başçısının və onun övladının adını belə bu yazıda çəkməyə ehtiyac duy­muram. Həm də ona görə ki, bu və bənzəri olaylar radikal camiyədə (yaxud onlara əks siyasi qurum, quruluş təmsilçilərini olmazın sözlərlə tənqid edən ( -tənqid yox ey, təhqir edən) şəxslər içində) bir deyil, beş deyil... Dünən belə, bugün betər... bəs sabah?!. Bilirsiz, durum, hal, olay, insan münasibətləri baxımından üçqatlı “inkişaf” trayektoriyasında təsadüf, ten­densiya, qanunauyğunluq deyə, bir sıralama (müəyyənləşdirmə) var. Bir dəfə oldusa təsadüf deyilə bilən olay, təkralanınca tendensiyaya dönüşür, yenə təkrarlanırsa artıq hansısa qanu­na­uy­ğunluqdan xəbər verir. Hərçənd qanun və uyğunluq sözü özündə müsbət emosiya daşıyır, lakin mənfi yönlü gedişatda da bu gözəl sözə müraciət edirik. – Olayın iki dəfədən artıq təkrarlanması halı artıq qarşı­sı­alınmaq xassəsinin mürəkkəbliyindən, geridönüşün çətinli­yindən xəbər verir və məhz qanunauyğunluq şəklində ifadə olunur.

Bəli, bir radikal müxalifət partiyasının ikinci şəxsi öz tələbə övladı tərəfindən şiddətdə, (deyil­məsi, yazılması, tirajlanması belə asan olmayan yaramaz əməllərdə) ittiham olunur; ata durub, övladının profilinin oğurlandığını yazır, övlad təkzib edir, ata həm öncəki reaksiyada, həm sonrakı reaksiyada bu olayı iqtidarın üzərinə daşımağa cəhd edir, barmaq tuşlayır, “it­tiham edir”, acığını yenə onunla eyni siyasi düşərgəni bölüşməyənlərdən (hətta, müəyyən qədər bölüşənlərdən də!) çıxmağa çalışır; tələbə qızı iqtidar tərəfdən tzəyiq almaqda, öyrədilməkdə-filan qınamağa da (?!) cəhdlər edilir, o isə qayıdır ki, mən Azərbaycanda deyiləm, heç bir təsir-zad da yoxdur və s. və i. –

Bax, bu nədir? Bu nə barmaq tuşlamaqdır? Bu nə hərzə-hədyanlıqdır? Bu nə hayta, bu nə qoltuğunda çörək gəzdirməkdir? Evin tikilsin sənin, hələ bir evinin içini şennə, ağız şirinliyi yarat, dilin topuq çalmasın, özünə gəl; barı bu günlərdəsə, öz yanlışlarını, öz günahlarını, öz qaranlıqlarını siyasi rəqiblərinin üzərinə daşımaq kimi mənasızlığa varma..! Bax, bizlər sizlərdən fərqli olaraq, sənin bu halına sevinə və bundan son siyasi tutarğa kimi istifadə edə bilmərik, iraq olsun; bir azərbaycanlı kimi, ilk öncə öz yoldaşından, xaricdə olan qız övladından üzrxahlığın olsun, ədəb-ərkanın olsun! Aybına kor ol da, qaraguruhluğunun bədəlini onda-bunda axtarma, özünə dön, içinə bax ( –əlbəttə, için varsa)..!

Heç kəsə sirr deyil ki, tez-tez müxalif fikirli yaxud uzun müddət müxalifətdə olmuş insanlar tərəfindən radikallara ünvanlanmış “mən sizin quracağınız cəmiyyətdən qorxuram”, “nə yaxşı siz iqtidarda deyilsiz” kimi nidalar eşidilir, yazılır. Və budur, yenə “qarğış” alqışa qarışıb...

Yəqin iqtidara gəlmiş olsaydız, ilk işlərinizdən biri Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsini qapatmaq olardı, eləmi? Yoxsa, həmfikirlərinizlə birgə görməzdən gəl­diyiniz qadın vəzifə­ləlilərimi bir-bir görəvdən alacaqdız? – MM-in sədr müavini, İnsan hü­quqları üzrə müvəkkil, qadın rektorlar, qadın deputatlar, digər mühüm vəzifələrdəki xanı­m­lar tək-tək təsbit edilib, həmən görəvdən alınacaq, dövrədışı buraxılacaq, sıxma-boğmaya salına­caq­dı­mı, nə?!.

Məmurlardan kiminsə övladı bir avtoqəza törədərkən, bir xəta edərkən (belə olaylara haqq qazan­dırmırıq, əlbəttə) bunu bütün iqtidar mənsublarına aid edişinizi xatırlayırsızmı? Qa­rışqanı fil edişiləriniz yadınız­dadırmı? Siyasi kəmfürsətliklərinizi özünüzsə unutmamısız ki? Bir son olsun daha. Həyasızca axını, abırsızca gedişi durdurmaq lazım. Siyasi darlığınız fəlakət deyil, könül darlığı olmasın barı; üfüqünüzü geniş tutun, sizinlə eyni siyasi nitqi, üslubu (üslubsuzluğu!) paylaşmayanları (öz ağlınızca da olsa) aşağılmaqdan çəkinin.

Yazının əvvəlindəki məqama qayıtmaq istərdim: duyğularınıza diqqət edin, o artıq tale­yinizə çevrilmişdir; heç olmasa, başqalarının taleyi ilə oynmaqçün yetki peşində olmayasız..."-deyə, Ə.Qoşalı fikrini tamamlayıb.