Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) paytaxt Tripoliyə hava zərbələri nəticəsində Liviyanın hökumət qüvvələrinin 90-dan çox hərbçisi ölüb, 150 nəfər yaralanıb.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu bazar günü LMO-nun mətbuat katibi, briqada generalı Xalid əl-Mahjub deyib.
"Döyüşlərdə paytaxt birləşmələrinin bir neçə lideri öldürüldü", açıqlamasını verən Əl-Mahjubun sözlərinə görə, silah və sursat olan anbarlara hücum edilib.