Xətai rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb

23 Sentyabr 2019 01:22 (UTC+04:00)

Xətai rayonunda quldurluq hadisəsi qeydə alınıb.

SİA xəbər verir ki, hadisə Babək prospektində baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Şaməddin Alıyev naməlum şəxs tərəfindən döyülüb. Onun üzərindəki 700 manatını ələ keçiriblər.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs axtarılır.