Hülya Avşar keçmiş əri ilə boks oynadı VİDEO

22 Sentyabr 2019 17:45 (UTC+04:00)

Türkiyəli aktrisa-müğənni Hülya Avşarın sosial şəbəkədə paylaşımı gündəm olub. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, boşandıqdan sonra da dost münasibətləri davam edən müğənni keçmiş əri Kaya Çinilingiroğlu ilə boks oynadığı videonu paylaşıb. Məşq zalında boks edən Avşar daha sonra Kayanı məşqə dəvət edib. İfaçı keçmiş ərini yumruqlayıb. Görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb.