Yaponiya komandası Dünya Çempionatının qızıl medalını qazanıb
22 Sentyabr 2019 15:39 (UTC+04:00)
Yaponiya komandası 5 topla qrup hərəkətlərində 29.550 xalla bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının qızıl medalını qazanıb.
SİA-nın məlumatına görə, gümüş medalı Bolqarıstan komandası (29.350 xal), bürünc medalı isə Rusiya komandası (28.150 xal) qazanıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").