Cəlilabadda 8 otaqlı ev yanıb

22 Sentyabr 2019 15:21 (UTC+04:00)
Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 320 m² olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.