İki minik avtomobili toqquşub

22 Sentyabr 2019 14:25 (UTC+04:00)
Ağsu rayonunun Növcü kəndində "VAZ" markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallaq Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.