Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb

22 Sentyabr 2019 10:45 (UTC+04:00)

Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. SİA-nın məlumatına görə, rayonda yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, Qırız və Xınalıq kəndlərinə qarın hündürlüyü bir santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur -1 dərəcəyədək aşağı düşüb. Xınalıq kənd sakinlərinin bildirdiyinə görə, hazırda kəndə qar yağmaqda davam edir.