Antalyada rusiyalı turistləri daşıyan avtobus aşıb.

22 Sentyabr 2019 01:52 (UTC+04:00)

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşıb.

SİA "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, Antalyada istirahət edən Rusiya vətəndaşlarını hava limanına daşıyan avtobusun aşması nəticəsində 15 turist xəsarət alıb. Onlardan 7-si xəstəxanaya getməkdən imtina edərək hava limanına yollanıb. Digər yaralıların isə müayinə olunduqdan sonra hava limanına yola salınacaqları bildirilir.