Şəmkir sakinini evinin qarşısında bıçaqladılar

22 Sentyabr 2019 01:18 (UTC+04:00)

Şəmkir rayonunda bıçaqlanma faktı qeydə alınıb.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Dəllər-Cəyir kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 1977-ci il təvəllüdlü Elnur Tabıyev bıçaqlanıb.

Adı çəkilən şəxs tanımadığı iki nəfər tərəfindən yaşadığı evin qarşısında bıçaqlanıb.

Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.Faktla bağlı araşdırma başlanılıb, hadisəni törədən şəxslərin kimliyi araşdırılır.

İlham Məmmədov