Sumqayıt” klubu “Sabah”ı minimal hesabla məğlub edib

21 Sentyabr 2019 20:47 (UTC+04:00)

Sentyabrın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turuna start verilib.

SİA xəbər verir ki, turun açılış matçında "Sumqayıt" klubu "Sabah" komandasını qəbul edib.

Rəvan Həmzəzadənin idarə etdiyi görüş sumqayıtlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 34-cü dəqiqəsində Sərdar Taşkın olub.

Bu qələbə sayəsində "Sumqayıt" klubu xal ehtiyatını 6-ya çatdıraraq turnir cədvəlində beşinci pilləyə yüksəlib. "Sabah" isə 2 xalla sonuncu – səkkizinci yerdədir.