ABŞ-da turistləri daşıyan avtobusla yük maşını ilə toqquşub: 4 nəfər ölüb

21 Sentyabr 2019 08:39 (UTC+04:00)

ABŞ-ın Yuta ştatında turistləri daşıyan avtobusla yük maşını ilə toqquşub.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, qəza nəticəsində dörd nəfər ölüb, 30 nəfər yaralanıb.

Hadisə “Bryce Canyon” Milli Parkının ərazisində baş verib.

Qəza yerinə bir neçə tibbi helikopter və xilasetmə qrupları göndərilib.

Təxminən 30 nəfərin olduğu avtobus dağ yolunda qəzaya uğrayıb. Avtobus əvvəlcə maneəyə çırpılıb, sonra isə aşıb.