Almaniya Bundesliqasında 5-ci tur "Şalke"nin qələbəsi ilə başlayıb

21 Sentyabr 2019 06:59 (UTC+04:00)

Almaniya Bundesliqasında 5-ci tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

Turun açılış matçında “Şalke” “Maynts”ı qəbul edib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıb - 2:1.

20 sentyabr

5-ci tur

"Şalke" – "Maynts" - 2:1
Qol: Sərdar, 36 (1:0), Onisivo, 74 (1:1), Harit, 89 (2:1).

21 sentyabr

17:30 "Bayer" – "Yunion Berlin"

17:30 "Bavariya" – "Köln"

17:30 "Frayburq" – "Auqsburq"

17:30 "Herta" – "Paderborn"

20:30 "Verder" – "Leyptsiq"

22 sentyabr

17:30 "Borussiya" (Münhenqladbax) – "Fortuna"

20:00 "Ayntraxt" – "Borussiya" (Dortmund)

23 sentyabr

22:30 "Volfsburq" – "Hoffenhaym"

Turnir cədvəlinə 10 xalla "Leyptsiq" başçılıq edir. Eyni xala malik "Şalke" 2-ci, Dortmund "Borussiya"sı 9 xalla 3-cüdür.