Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin edildi - SƏRƏNCAM

20 Sentyabr 2019 17:41 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

Qeyd edək ki, M.İmanova Bakı Dövlət Universitetinin (BDU) dosenti, riyaziyyat üzrə fəlsəfə doktorudur.