Novruz Bayramında Azərbaycanda 9 gün iş olmayacaq

23 Fevral 2011 22:35 (UTC+04:00)

Novruz Bayramı münasibətilə mart ayında Azərbaycanda qeyri-iş günlərinin sayı 9 gün olacaq. SİA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bayram münasibətilə 20, 21, 22, 23, 24 mart tarixləri qeyri-iş günləridir. Lakin martın 20-i bazar günü olduğundan ayın 25-i də qeyri-iş günü olacaq.

 

Nəticədə, həftədə 5 gün işləyənlər Novruz Bayramı münasibətilə 9 gün (19-27 mart tarixlərində) istirahət edəcəklər.