Naxçıvan: Dördüncü güc Sahil Tahirli yazır

20 Sentyabr 2019 14:53 (UTC+04:00)

Həqiqətən də Naxçıvanın son 25-30 ildə keçdiyi yolu təhlil edəndə açıq-aydın görünür ki, çox çətin və olduqca mürəkkəb bir dönəm bütün sahələrdə mütərəqqi yeniliklərin tətbiqi və qədim diyarın hərtərəfli inkişaf yoluna çıxması ilə başa çatıb. Ərzaq, enerji, müdafiə təhlükəsizliyi tam təmin olunmaqla gələcək inkişaf perspektivləri üçün də güclü əsaslar yaradılıb...

Diqqətdən yayınmayan ən önəmli amillərdən biri də heç şübhəsiz, muxtar respublikanın informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdir. Xatırlayırıq ki, ötən əsrin 90-cı illərində ciddi blokada buxovları ilə üzləşən Naxçıvan həm də informasiya blokadasına düşmüş, Ermənistanın işğalçılığı nəticəsində bütün rabitə-kommunikasiya xətləri iflic olmuşdu. Üstəlik, o zamankı AXC-Müsavat hakimiyyəti dönəmində Naxçıvan televiziyasına edilən hücum nəticəsində televiziya dağıdılmış, mətbəə və qəzetçilik fəaliyyəti də böhranlı dönəmə daxil olmuşdu. Lakin ulu öndər Heydər Əliyev Naxçıvandan başlanan müstəqillik missiyasını sonrakı mərhələdə bütün Azərbaycan boyu davam etdirmiş, müstəqilliyin əsas elementlərindən biri olan azad mətbuat və teleradionun inkişafı istiqamətində vahid konsepsiyaya əsaslanan ardıcıl tədbirlər həyata keçirilmişdir.

Fikrimcə, sadalanan çətin dönəmələrdən uğurla çıxaraq günümüzdə öz-yeri və mövqeyi ilə seçilən Naxçıvan mediası bu gün nəinki region, hətta dünya təcrübəsində də nümunəvi bir modeldir. Bu modelin qurucusu və yaradıcısı isə medianın yaxın dostu və qayğıkeşi – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovdu. Son 20 ildə Naxçıvan mediasında müxtəlif məsul vəzifələrdə çalışmış biri olaraq qətiyyətlə deyə bilərəm ki, Ali Məclisin Sədri təkcə medianın güclü maddi-texniki bazasını yaratmayıb, həm də gələcək onilliklərə hesablanmış mütərəqqi ideoloji əsaslarını işləyib hazırlayıb. Ona görə də Naxçıvanın iqtisadiyyatı, ordusu, idarəetmə sistemi, ictimai-mədəni mühiti kimi onun mediası da bu gün nümunə kimi göstərilir. Ötən müddətdə jurnalistlərlə dəfələrlə görüşən, onları mükafatlandıran, qayğı və problemlərini həll edən, kütləvi informasiya orqanlarının inkişafı ilə əlaqədar müşavirələr keçirən, öz tapşırıq və tövsiyyələrini verən Ali Məclisin Sədri həm də bu sahədə artıq yeni bir dəst-xətt yaradan yüzlərlə qələm sahibinin də yetişib formalaşmasının əsas səbəbkarıdı.

Təbii ki, hər bir ideya real, konkret işdə öz təsdiqini tapdığı kimi, Ali Məclis Sədrinin də Naxçıvan mediasının inkişafı istiqamətində həyata keçirdiyi sistemli tədbirlər də konkret faktlarda açıq-aydın görünür. Gəlin baxaq:

Təbii ki, bir qismini sadaladığım bu mühüm faktlar bir daha təsdiq edir ki, ötən müddətdə Naxçıvan mediasının inkişafı tam planlı şəkildə və uğurla həyata keçirilib. Etiraf etmək lazımdı ki, əvvəlki dövrlərdə zəif olan təbliğat maşınımız həyata keçirilən bu qətiyyətli tədbirlər nəticəsində öz gücünü xeyli artıraraq vacib bir ideoloji vasitəyə çevrilə bilib. İndi biz operativ və peşəkarlıqda rəqiblərimizi, eləcə də xaricdəki düşmən qüvvələrini xeyli qabaqlayırıq. Yalanın və Naxçıvan əleyhinə illərdir aparılan çirkin kampaniyaların qarşısını qətiyyətlə alırıq. Necə deyərlər, artıq döyüşə uzaq hədəflərə hesablanmış “ağır artilleriya” ilə girə bilirik. Dünyada dördüncü hakimiyyət, dördüncü güc hesab olunan medianın ön cərgəsində bu gün klassik ənənələri yaşadan və öz dəst-xətti ilə seçilən Naxçıvan mediası da vardır!

Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Ali Məclisin Sədri özünün iş prinsipi və idarəetmə fəlsəfəsində hər zaman davamlılığı, eləcə də gələcəkdə əldə olunacaq nəticələri əsas götürür. Bu mənada Hörmətli Sədrimizin dünən imzaladığı fərmanla yaradılan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu da Naxçıvan mediasının inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə, kütləvi informasiya vasitələrinin davamlı inkişafı ilə şərtlənir. Bu fond həm də Naxçıvan mediasında daha məsul olan yeni bir mərhələnin başlamasına işarədir. Fondun müşahidə şurasına öz sahəsində kifayət qədər təcrübəyə malik olan həmkarlarımızın təsdiq edilməsi də deyilənlərin sübutudur.

Yuxarda vurğuladığım kimi, bu vacib addım və verilən qərar həm də bir davamlılıqdır.

Uğurlarımız davamlı olsun!