Ədalət Şükürov avtomobillərinin sayını açıqlayıb

20 Sentyabr 2019 13:40 (UTC+04:00)

Əməkdar artist Ədalət Şükürov avtomobillərinin sayını açıqlayıb. SİA-nın məlumatına görə, müğənni "5/5" verilişində sualları cavablandırıb. O, aparıcı Zaur Kamalın "Ədalət Şükürovun qarajında neçə maşın var" sualına belə cavab verib: "Heç kimdən gizlətmirəm. 3 maşınım var: yoldaşımın, oğlumun, mənim və qızımın. Məndə də, oğlumda da "Mercedes"di".

"Deyirlər, beş eviniz var" sözlərinə isə Ədalət "Bir bağ, iki evimiz var" sözləri ilə münasibət bildirib.