Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinin Qeydiyyat Şöbəsinin rəisi, ədliyyə mayoru Rəhimov Rəfael Ağarəhim oğlu tutduğu vəzifədən azad olunub. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bununla bağlı Penitensiar Xidmətin rəisi Mədət Quliyev əmr imzalayıb.
R. Rəhimov qulluqla bir araya sığmayan əməllərə yol verdiyi üçün ədliyyə orqanlarından da xaric olunub.