Mahir Əmiraslanov şansını əldən verib

20 Sentyabr 2019 09:43 (UTC+04:00)

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Mahir Əmiraslanov təsəlliverici görüşünə çıxıb. SİA-nın məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan Əmiraslanovun rəqibi monqolustanlı Bexbayar Erdenebat olub.

İlk yarıda 4 xallıq fəndlə Erdenabat 4:1 hesablı üstünlük əldə edib. İkinci hissədə azərbaycanlı pəhləvan xalları bərabərləşdirsə də, məhz texniki fənd hesabına rəqibi mərhələ adlayıb. Əmiraslanov isə dünya çempionatı ilə medal və lisenziyasız vidalaşıb.