Hacı Əliyev (65 kq) və Mahir Əmiraslanov (57 kq) bürünc medal uğrunda yarışmaq hüququ qazanıb

20 Sentyabr 2019 00:39 (UTC+04:00)

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

SİA xəbər verir ki, bu gün təsnifat mərhələsində uduzan sərbəst güləşçilərimiz Hacı Əliyev (65 kq) və Mahir Əmiraslanov (57 kq) bürünc medal uğrunda yarışmaq hüququ qazanıb.

Buna səbəb güləşçilərimizin rəqiblərinin finala qədər irəliləməsi oub. Üçqat dünya, üçqat Avropa çempionumuz Hacı Əliyev təsəlliverici görüşdə misirli Əmr Ramazan Hüseynlə qarşılaşacaq. Mahir Əmiraslanov isə bürünc medal mübarizəsində monqolustanlı Bexbayar Erdenebatlla üz-üzə gələcək.

Təsəlliverici görüşlər bu gün - sentyabrın 20-də keçiriləcək.