ABŞ rəsmiləri İranın prezidenti və ölkənin xarici işlər nazirini viza ilə təmin edib

20 Sentyabr 2019 03:18 (UTC+04:00)

ABŞ rəsmiləri gələn həftə Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının iclasında iştirak etmələri üçün İran prezidenti Həsən Ruhanini və ölkənin xarici işlər naziri Cavad Zərifi viza ilə təmin edib.

SİA xəbər verir ki, bu barədə cümə axşamı “TASS” agentliyinə İranın BMT-dəki nümayəndəsi Əlirza Miruzəfi məlumat verib.