Xırdalanda 4 maşın yandı

19 Sentyabr 2019 22:18 (UTC+04:00)

Xırdalanda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində 4 ədəd "Kia" markalı yük avtomobilinin yanar hissələri yanıb. Ərazidəki tikililər və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.