Sentyabrın 28-dən oktyabrın 6-dək Türkiyənin Antalya şəhərində yeniyetmə və gənclər arasında muay-tay idmanının ifma versiyası üzrə dünya çempionatı keçiriləcək.
SİA-nın məlumatına görə, çempionatda Azərbaycanı 16 idmançı və 2 hakim təmsil edəcək. Milli komandamız mundialda federasiya prezidenti Azər Həsənsoyun və böyük məşqçi Fəxri Əliyevin rəhbərliyi ilə mübarizə aparacaq.