Bank BTB təcrübə proqramına start verir

19 Sentyabr 2019 13:00 (UTC+04:00)

Bank “BTB” ASC “Karyeranı bizimlə başla” adlı təcrübə proqramına start verir. Belə ki, Bank “BTB” ASC istedadlı, inkişaf yönümlü və savadlı tələbələri ödənişli təcrübə proqramına qoşulmağa dəvət edir. Təcrübə proqramına qoşulmuş tələbələr peşəkar bank/maliyyə sahəsində fəaliyyət üzrə təcrübənin əldə olunması ilə yanaşı, gələcəkdə həm də Bank “BTB” ASC-də karyera qurmaq imkanını əldə edəcəklər.

Təcrübə proqramında bakalavr pilləsinin tələbələri və yeni məzunlar iştirak edə bilər. Bunun üçün CV-ni azərbaycan dilində 30 Sentyabr 2019-cu il tarixinədək PDF formatında “Təcrübə proqramı 2019 Ad/Soyad” başlığı ilə g.shikhaliyeva@btb.az mail ünvanına göndərmək xahiş olunur.

Proqramda iştirak etmək arzusunda olan tələbələrə əsas tələblər:

• Universitet tələbəsi və ya yeni universitet məzunu olmaq (marketinq, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);

• Azərbaycan və ingilis dilləri;

• Ünsiyyətqurma və təqdim etmə bacarığı;

• Yaradıcıdıq və təşəbbüskarlıq qabiliyyəti;

• Analitik düşüncə;

• Komandada işləmək qabiliyyəti