Özlərini çaya atmağa cəhd edən ana-balanı polis xilas etdi

19 Sentyabr 2019 13:03 (UTC+04:00)

Sentyabrın 18-də saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə özlərini çaya atmağa cəhd göstəriblər. SİA-ya DİN-in mətbuat xidmətindən verilən məlumata görə, həmin ərazidə xidmət aparan İmişli Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən bunun qarşısı alınıb. Onlar İmişli RPŞ-yə təhvil veriliblər.

Araşdırma aparılır.