SOCAR-ın rəhbərliyi yeni inzibati binanın açılışında iştirak edib

19 Sentyabr 2019 12:54 (UTC+04:00)

Bu gün “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərəfəsində SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin yeni inzibati binasının əsaslı təmirdən sonra açılışı keçirilmişdir. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev görülmüş işlərdən razılığını bildirmiş, Heydər Əliyev guşəsinə, inzibati otaqlara, eləcə də yeni yaradılmış idman zalı və yeməkxanaya baxış keçirilib.

Qeyd edək ki, Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsi SOCAR-ın tərkibinə daxil olan təşkilatların istehsalat sahələrində neft, qaz, su təzahürlərinin, açıq neft və qaz fontanlarının bildirilməsi və ləğvi edilməsi, quyularda xüsusi geyim və avadanlıq tətbiq etməklə mürəkkəb qəza işlərinin yerinə yetirilməsi və bu sahədə digər xidmətləri həyata keçirir.