Qaxda III Bal bayramı keçirilir

19 Sentyabr 2019 12:38 (UTC+04:00)

Əsrarəngiz təbiəti və zəngin milli mətbəxi ilə seçilən Qax rayonunda III Bal bayramı keçirilir. SİA-nın bölgə müxbiri xəbər verir ki, Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Arıçılar Assosiasiyasının dəstəyi ilə reallaşan bayramın keçirilməsində əsas məqsəd rayonun kənd təsərrüfatının ənənəvi sahələrindən olan arıçılığın təbliği, bu sahəyə marağı artırmaq, həmçinin Qaxın iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Bayramda nazirlik və dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, qonşu rayonlardan dəvət olunmuş qonaqlar, bölgənin arıçılıq birliklərinin nümayəndələri, bal istehsalçıları və rayon sakinləri iştirak edirlər.

Rəsmi açılış mərasimindən sonra bal və arıçılıq məhsullarının, arıçılıqda istifadə edilən avadanlıq sərgiləri ilə tanışlıq olacaq, balın süzülməsi prosesini əyani şəkildə nümayiş etdiriləcək. Baldan hazırlanmış geniş çeşiddə mətbəx nümunələri, şirniyyat və xörəklər təqdim olunacaq, sənətkarların əl işləri sərgilənəcək.

Bal bayramı respublikanın tanınmış incəsənət ustalarının təqdim etdiyi geniş konsert proqramı ilə başa çatacaq.