Azərbaycan və Fransa yığmaları eyni xal toplayıblar BƏDİİ GİMNASTİKA

19 Sentyabr 2019 10:57 (UTC+04:00)

Azərbaycan və Fransa yığmaları Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda yarışlarında eyni xal toplayıblar. SİA-nın məlumatına görə, hər iki komandanın hesabında 119,900 xal var və yığmalar 18-19-cu yerləri bölüşürlər.

Komanda hesabına 164,800 xalla Rusiya millisi başçılıq edir.

Fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.