Mahir Əmiraslanov ilk görüşdə qalib olub

19 Sentyabr 2019 10:20 (UTC+04:00)

Qazaxıstanın paytaxtı Nursultandakı dümya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Mahir Əmiraslanov ilk görüşünə çıxıb.

SİA-nın məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan Əmiraslanov qırğızıstanlı Joldoşbekovla qarşılaşıb.

O, görüşü 5:3 hesablı qələbə ilə bitirib.