ABŞ-da növbəti atışma: gənc qız ölüb

19 Sentyabr 2019 08:47 (UTC+04:00)

Los Ancelesin Uilminqton rayonu ətrafında binada atışma baş verib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, atışma zamanı aldığı güllə yarasından gənc qız ölüb, 2 nəfər (kişi və qadın) yaralanıb.

Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda Los-Anceles polisi hadisənin kim tərəfindən törədildiyini müəyyənləşdirir.