Yunanıstan hökuməti ölkəyə sərmayə yatıranlara vətəndaşlıq vermək niyyətindədir

19 Sentyabr 2019 06:41 (UTC+04:00)

Yunanıstan hökuməti ölkəyə sərmayə yatıranlara, daşınmaz əmlak alanlara vətəndaşlıq vermək niyyətindədir.

SİA xəbər verir ki, bu fürsətdən istifadə etmək üçün sərmayənin miqdarı ən azı 2 milyon avro olmalıdır. Bununla yanaşı hər il yalnız 200 vətəndaşlıq veriləcək. Hazırda Yunanıstanda Avropa İttifaqı ölkələrindən olmayan vətəndaşlar 5 illik yaşayış icazəsi ala bilərlər. Bunun üçün həmin şəxs 250 min avro dəyərində daşınmaz əmlak almalıdır.

Qeyd edək ki, bu kimi qaydalar Avstriya, Kipr, Malta və digər ölkələrdə də mövcuddur. Avropa İttifaqının bəzi ölkələri vətəndaşlığın belə verilməsini tənqid etməsinə baxmayaraq ölkələr sərmayəçiləri cəlb etmək üçün müxtəlif üsüllara əl atırlar.