Misirdə doqquz ekstremist məhv edilib

18 Sentyabr 2019 20:04 (UTC+04:00)

Misir təhlükəsizlik qüvvələri tərəfindən aparılan antiterror əməliyyatı çərçivəsində Əl-Obur və 15 May şəhərlərində atışma zamanı 9 terrorçu məhv edilib. Misir Daxili İşlər Nazirliyinin bu haqda bəyanatında deyilir ki, məhv edilmiş terrorçular arasında “İnqilab briqadası” adlandırılan terrorçu qruplaşmanın liderlərindən biri olan Mahmud Qərib Qasim də var. Bildirilir ki, briqada generalı Adil Rəcainin qətlə yetirilməsində, həmçinin Əl-Munifiyyə əyalətində təhlükəsizlik qüvvələrinə hücumlarda Mahmud Qərib Qasimin əli olub.

Əməliyyat yerində avtomatik silah, partlayıcı maddələr və əldəqayırma bombalar aşkar edilib.