Ermənistanda “zabit şərəfi” növbəti dəfə səsləndirildi

18 Sentyabr 2019 17:11 (UTC+04:00)

İstefa verən Ermənistanın polis rəisi də “zabit şərəfi”ndən danışıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan polisinin keçmiş rəhbəri Valeri Osipyan gələcəkdə istefasının səbəbləri barədə danışacağını bildirib.

“Mən yalnız bir zabit şərəfi və ləyaqəti ilə dövlətə,xalqa, insanlara, qanuna və ədalətə xidmət etmişəm. Bundan sonra da mən eyni prinsiplər və əxlaq prinsipləri ilə xalqıma xidmət etməyə davam edəcəyəm ", deyə Osipyan bildirib.
O, bundan sonra istefasının səbəbləri barədə danışacağını da qeyd edib. Osipyan, erməni xalqına, həmkarlarına və mediaya birgə işlərinə görə təşəkkür də edib.