Keçmiş baş prokuror Köçəryanın yanında oturdulacaq

18 Sentyabr 2019 15:45 (UTC+04:00)

Ermənistanın keçmiş baş prokuroru tezliklə Köçəryanın yanındakı müttəhimlər kürsüsündə oturacaq. SİA Ermənistana məxsus rusarminfo.ru saytının məlumatına istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Qəzeti iddia edir ki, Ermənistan Xüsusi İstintaq Xidməti tezliklə keçmiş baş prokuror Aqvan Hovsepyanı 2008-ci il martın 1-də 10 nəfərin ölümü və 230 nəfərin yaralanması hadisəsi ilə əlaqədar dindirməyə çağıracaq. Nəşrin yazdığına görə, hakimiyyət sentyabrın sonuna qədər tətbiq ediləcək bu qərarı artıq qəbul edib. Hazırda ölkənin sabiq baş prokuroru martın 1-də baş verən hadisə ilə əlaqədar iş üzrə şahid qismində ifadə verməyə çağırılsa da, statusu dəyişə və təqsirləndirilən şəxs ola bilər.

Qəzet yazır ki, hakim partiyanın bəzi deputatları Aqvan Hovsepyanın bu prosesə qarışa biləcəyinə əmindirlər, çünki o, yalnız baş prokuror deyildi, o zamanki hakimiyyəti məmnun etmək üçün "ədalət tətbiq edən" adam idi.