Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Türkiyədə toy məclisinə qatılıb.
SİA-nın məlumatına görə, sənətçi orada məşhur ifaçılar Orhan Gəncəbay və Sibel Canla bir araya gəlib.
Hüseyn çəkdirdiyi şəkli "İnstagram" səhifəsində "Türkiyənin gözləri - Orhan Gencebay və Sibel Can" qısa şərhi ilə yayımlayıb.
Musiqiçi məclisdə eyni zamanda dünyanın məşhur klarnet ifaçıları ilə bir araya gəldiyini vurğulayıb.