Cari ilin 23-25 fevral tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Ukrayna və Yunanıstana rəsmi səfərləri nəzərdə tutulub. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Ukrayna səfəri çərçivəsində E.Məmmədyarovun Ukraynanın xarici işlər naziri cənab Konstantin Qrişenko, baş nazir cənab Nikolay Azarov, Ukrayna Ali Radasının sədri cənab Vladimir Litvin, Ukrayna Prezidenti Viktor Yanukoviç ilə görüşləri və GUAM üzv-dövlətlərinin xarici işlər nazirləri şurasının iclasında iştirakı gözlənilir.
Yunanıstana səfəri zamanı nazir E.Məmmədyarovun bu ölkənin baş naziri cənab Corc A. Papandreu, Yunanıstan Parlamentinin Prezidenti cənab Filippos Petsalnikos və xarici işlər naziri cənab Dimitris P. Drutsas ilə görüşləri planlaşdırılıb.