Daha bir erməni məmur istefa verib

18 Sentyabr 2019 10:58 (UTC+04:00)

Ermənistanın polis rəisi istefa verib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” nəşrində informasiya yayılıb.

Nəşrin yaydığı informasiyaya görə Ermənistan polisinin rəisi Valeri Osipyan baş nazir Nikol Paşinyan ilə çətin söhbətdən sonra istefasını təqdim edib. Həmçinin informasiyada qeyd olunur ki, Təhlükəsizlik Şurasının iclasında, Amulsar qızıl yatağına aparan və aktivistlər tərəfindən bağlanmış yolların polisin blokadaya almasına ehtiyac olduğu barədə də danışılıb və bu zaman Osipyan, əməliyyatın rahat keçə biləcəyinə şübhə etdiyini ifadə edərək, güc tətbiq edilməsinin təhlükəsini bəyan edib.

Qeyd olunur ki, belə olan halda Paşinyan polis rəisinin əməliyyatı yerinə yetirə bilməyəcəyinə görə bu işlə polis komandiri Vaqe Kazaryan məlğul olacağını bildirib və bu da Osipyanın istefa məktubu təqdim etməsinə səbəb olub.