Aygün yenidən Filipplə bir araya gələcək

17 Sentyabr 2019 16:00 (UTC+04:00)

Rusiyanın Xalq artisti Filipp Kirkorov yenidən Bakıda konsert verəcək.

SİA-nın məlumatına görə, tədbir oktyabrın 30 və 31-də Bakı Konqres Mərkəzində keçiriləcək.

Kirkorovu gecədə Xalq artisti Aygün Kazımova da tək qoymayacaq. Bu haqda müğənni özü xəbər verib. O, Kirkorovun konsertlə bağlı videosunu paylaşaraq, "Həmin möhtəşəm şouda orada olacam" sözlərini yazıb.

Qeyd edək ki, Aygün və Filipp iyulda keçirilən "Jara" festivalında da eyni səhnəni bölüşüb, "Calma" mahnısını duet şəklində səsləndirib.