Azərbaycan millisi Antalyada təlim-məşq toplanışındadır

17 Sentyabr 2019 14:46 (UTC+04:00)

Sablya üzrə yığma komandamız Antalyada hazırlığı davam etdirir.

SİA-nın məlumatına görə, baş məşqçi Çingiz Mustafayevin, məşqçi Vadim Şturbabinin rəhbərliyi ilə keçirilən təlim-məşq toplanışında yığmamızın üzvlərindən Sabina Kərimova, Sevil Bünyatova, Anna Başta, Valeriya Bolşakova, Aysel Əhədova, Zərifə Hüseynova və Cavanşir Ağakişiyev iştirak edirlər.

Qeyd edək ki, sentyabrın 4-də start götürən təlim-məşq toplanışı ayın 20-də başa çatacaq.