"Ermənilər Azərbaycan əsgərinin qəhrəmanlığından qorxur" ÖZƏL-MÜNASİBƏT

17 Sentyabr 2019 11:37 (UTC+04:00)

"Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu təbii ki, bizim Ali Baş Komandanmızın rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlərin bu gün müasir təzahürüdür. Ancaq ordu quruculuğu prosesi birbaşa Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin əsas istiqaməti olub". Bunu SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

"Hələ ötən əsrin 60-70-ci illərində Ulu Öndərimiz tərəfindən Azərbaycanda Ali hərbiyönümlü məktəblərin yaradılması ilə artıq bugün kadr ehtiyatına zəmin yaradılıb. Təbii ki, Azərbaycan müstəqillik əldə edəndən sonra da bu proses məhz Ümummilli Liderimnizin rəhbərliyi ilə başlanıldı. Bu gün isə Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hesab edirəm ki, bu gün Azərbaycan ordusu dünyanın ən mükəmməl ordularından biridir. Bildiyiniz kimi ölkəmizdə artıq bir neçə dəfə Hərbi Paradlar keçirilib. Biz burada Azərbaycan ordusunun malik olduğu müasir silah və sursatlarla tanış olduq. Əgər nəzərə alsaq ki, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır o zaman ölkəmizdə mütəmadi şəkildə hərbi təlimlərin keçirilməsi çox vacibdir. Biz müharibə şəraitindəyik. Hər gün sərhəd bölgələrində, işğal olunmuş ərazilərimizdə düşmənin atəşi nəticəsində övladlarımız, əsgərlərimiz, mülki vətəndaşlarımız şəhid olurlar. Bu gün ermənilər Azərbaycan əsgərinin qəhrəmanlığından və şücaətindən qorxur"-deyə, İ.Məmmədov fikrini tamamlayıb.