Paşinyan üçün xoşagəlməz “sürpriz”

17 Sentyabr 2019 10:50 (UTC+04:00)

Dünən keçirilən mətbuat konfransında Nikol Paşinyandan Milli Təhlükəsizlik Şurasının rəhbəri Artur Vanesyanın istefası barədə soruşulub. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, erməni baş nazir buna cavab olaraq, ərizəni imzaladığını, Vanesyanla gələcək fəaliyyətləri barədə danışdığını və vəzifədən alınma əmrinin 1-2 gün içində olacağını bildirib.

Məlumatda qeyd olunur ki, bundan bir müddət sonra, Artur Vanesyan baş nazir üçün, xüsusən də formallıq nöqteyi nəzərindən xoşagəlməz bir açıqlama verib. Şəxsən bəyan edib ki, Vanesyanın zabit şərəfində problem yarandığını birinci dəfə, ilk dəfə eşidir.

Baş nazirin sözçüsü bunun ardınca kəskin reaksiya verib və deyib ki, general Vanetsyanı müraciət etdiyi zabit ləyaqətini itirməməyə çağırırıq.

Əslində Artur Vanesyan Paşinyanın siyasət üslubu və metodologiyası ilə razılaşmadığını gizlətmir. Bu vəziyyətdə onun istefa verməsi də başadüşüləndir. Çünki razılaşmadığı halda onun uzaqlaşdırılması məsələsi tam aydın məsələdir.

Xatırladaq ki, baş nazir Vanesyanı işdən çıxarılması səbəblərini xüsusi xidmət orqanlarının işi ilə əlaqəli olduğu barədə açıqlama verməyib və hansısa qüsurlara istinadən etdiyini açıqlamayıb. Bir məsələ aydın olur ki, fikir ayrılıqları və problemlər çoxdandır toplanırmış və hansısa səbəb Vanesyanın istefasını tezləşdirib.
Vanesyanın açıqlaması baş nazir üçün hər mənada sözsüz ki, xoşagəlməz olub. Fakt budur ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, ən yüksək səviyyəli və ən məlumatlı məmurlardan biri, əslində, hökumətin və baş nazirin dövlət quruculuğundakı "məntiqsiz fəaliyyətləri" barədə tezislərdən birini dəstəkləyir. Bu isə Paşinyan üçün gözlənilməz və heç xoşagəlməz sürpriz kimi ictimaiyyətə yayıldı və bu əlbəttə ki, erməni baş nazir üçün arzuolunmazdır.

Vanetsyanın istefası xalqın qarışıq reaksiyasına səbəb olub. Hətta digər güclərin hərəkətə keçəcəyi barədə şayə də gəzir. Sözsüz ki, Vanetsyanın istefası həm dəyişikliklərin, həm də bütövlükdə siyasətin sərtləşməsinə səbəb ola bilər. Hər bir halda qeyd etmək lazmdır ki, bu Ermənistana təsirsiz ötüşməyəcək.