Məktəblərə toplar və idman geyimləri hədiyyə olunub FOTOLAR

17 Sentyabr 2019 09:53 (UTC+04:00)

Sentyabrın 16-sı Azərbaycan Respublikasının ümümtəhsil məktəblərində “Bilik günü” qeyd olundu. SİA-nın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Məktəblərdə futbol dərsi” layihəsinin tətbiq olunduğu 236, 239, 163 və 189-190 saylı orta məktəblərə yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə edilib.