Qonşu 4 nəfəri döyüb xəstəxanalıq etdi

16 Sentyabr 2019 18:57 (UTC+04:00)

Gəncə 4 nəfər qonşuları tərəfindən döyülüb.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə şəhərin "Ət kombinatı" adlanan ərazisində qeydə alınıb. İlkin məlumatlara görə, 1986-cı il təvəllüdlü Novruzov Ruslan Şahmar oğlu,onun həmyaşıdı Məmmədov Şamil Əli oğlu, 1990-cı il təvəllüdlü Məmmədova Maral Nürəddin qızı və Məmmədova Lalə Nürəddin qızı müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Xəsarət alanlardan bəzilərinin vəziyyəti orta-ağırdır.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb, insidentin səbəbləri dəqiqləşdirilir.

İlham Məmmədov