Vətən daşına dönük çıxanların sonu - ÖLÜM

16 Sentyabr 2019 16:55 (UTC+04:00)

Əli Kərimli etdiyi cinayətlərə görə, mütləq şəkildə cavab verməli olacaq

Bu, aksiomadır: erməni xüsusi xidmət orqanlarına xidmət edən hər kəs, şübhəsiz ki, Azərbaycanın düşmənidir. O zaman ermənilərin dostları ilə dostluq edən "Milli Şura"çılar kimdir? Fikirləşmədən cavab bəllidir: Vətən daşına dönük çıxanlar. Bir də Vətən bir millətin üzərində yaşadığı, torpağı Vətən edən isə millətin onda yaşadığı, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirən yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləşirik.
Bu gün "Milli Şura"nın satqın "kadrosu" olan AXCP sədri Əli Kərimli üçün satıb-satılmaq adi hal alıb. Çünki bu ölü qurum "xəyanət kadrolarının" cəm olduğu bir üfunət yeridir.

Əli Kərimli etdiyi xəyanətlərə görə cəzasını çəksə də, boynunda qalan mənəvi borcunu da ödəyə bilməyəcək

"Əli Kərimlinin törəmələri olan "siyasi mühacirlər"in ataları da, anaları da, törəmələri də, arvadları da, uşağı da puldur". Bu fikirləri ASDP-nin sədri, millət vəkili Araz Əlizadənin fikrincə, deyib. A.Əlizadə Ə.Kərimli üçün hər şey puldur: namus da, mənəviyyat da, deməli, törəmələri üçün də eyni ilə: "Yəni bunların hamısı pul davası aparırlar. Bir sözlə, bunları nə Azərbaycan xalqı, nə öz valideynləri, nə də ki, azərbaycanlı uşaqların gələcəyi kimi məsələlərin heç biri maraqlandırmır. Bunlar pula görə hər şeyi satarlar. Əslində, onları ermənilərlə eyniləşdirmək erməniləri təhqir etmək deməkdir. Çünki onlar ermənidən də pisdirlər. Hər biri dişi çıxarılmış ilandırlar, dişləyə bilməsələr də, hürmək qabiliyyətinə malikdirlər".
Bu gün AXCP sədri Ə.Kərimlinin xəyanətləri acı bağırsaq kimi uzanır ki, uzanır... A.Əlizadə deyir ki, bu, o Ə.Kərimlidir ki, hər dəfə xaricdən göndərilən maliyyəni əldə etmək məqsədi ilə təxribatlar törətməyə çalışıb. Bax, budur Ə.Kərimlinin gerçək simasızlığı. Ə.Kərimlinin bədbəxtçiliyi ondadır ki, bu günə kimi əsl reallığı nə anlayıb, nə də bu fərqləri görə bilib. Çünki...

Saxta Əli Kərimlinin saxta prinsipləri...

"Ə.Kərimli "mən dediyimə qol çəkməyənlər şantaj da edilməlidir" prinsipi ilə özünü "güclü lider" hesab edir, reallıqda ən səviyyəsiz, satqın və cinayətkardır". "Ümüd" partiyasının sədri İqbal Ağazadə bu fikirləri deməklə onu da söyləyib ki, Ə.Kərimli bununla yanaşı, həm də şantajçıdır: "Bu, o Ə.Kərimlidir ki, cinayətləri ilə bərabər, onun sözlərini təsdiqləməyənləri şantaj etməklə, səslərini yazdırırdı. Bu, faciədir. Təəssüf ki, indi özü də, çevrəsi də şantaj olunur. Amma vaxtilə o, şantaj etmişdi. Bax, budur Ə.Kərimlini əsil sifəti. Siyasətdə bu cür çirkin oyun qaydasını o, tətbiq edib".
Bax, tarix və fakt budur. Ə.Kərimlinin dünəni bundan ibarətdir. Bu gün Ə.Kərimlinin xarakteri dəyişməyəcək: satqın, cinayətkar, xəyanətkar...
Ə.Kərimli heç kimə lazım deyil. AXCP sədrinin xəyanətləri və etdiyi cinayətləri şərh etməyə ehtiyac yoxdur. Çünki tarix və onun canlı şahidləri heç nəyi və heç kimi unutmur. Necə deyərlər, hər şey elin gözü qabağındadır. Ən böyük tərəzi də, məhz odur və bunun da bir sonu var. Bu sona qürub deyirlər. Az qalıb, artıq sizlər qürub çağındasınız...
Ancaq Ə.Kərimli bir reallığı anlamalıdır ki, etdiyi xəyanətlərə görə cəzasını çəksə də, boynunda qalan mənəvi borcunu da ödəyə bilməyəcək. Çünki bu borcu ödəməkdən ötrü, ən azından, dəmir barmaqlıqlar arasına getməlidir. Buna isə onun cürəti çatmır. Ancaq necə deyərlər, şah qanun deyil, qanun şahdır. Bütün törətdikləri əməllərinə görə, Ə.Kərimli mütləq şəkildə cavab verməli olacaq.

Rəfiqə HÜSEYNOVA