"Rusiya və İranın hər hansı məsələ qaldıracağı inandırıcı görünmür" ÖZƏL-MÜNASİBƏT

16 Sentyabr 2019 16:13 (UTC+04:00)

"Türkiyənin Ankara şəhərində keçiriklən Rusiya, İran və Türkiyə dövlət başçılarıının görüşündə əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi qaldırılsa bunu ancaq Türkiyə edə bilər". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, Rusiya və İranın hər hansı məsələ qaldıracağı inandırıcı görünmür: "Hətta məsələ qaldırılsa da belə mən onun müsbət həllini gözləmirəm. Çünki nə Rusiya, nə də İran istəmir ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Onlar sadəcə olaraq məsələnin uzanmasında maraqlıdırlar. Təbii ki, Türkiyənin, İranın öz maraqları var amma Rusiya çalışacaq ki, Türkiyənin əli ilə yaxın Orta Şərqdə bir növ Sovet vaxtı itirilmiş mövqelərini bərpa etsin. İranın ABŞ-la, Türkiyənin isə Suriya ərazisində PKK ilə bağlı problemləri var. PKK-nın yaradıcısı Rusiyadır. Ona görə də bu görüşü hər üç dövlətin marağı çərçivəsində olan bir məsələ kimi dəyərləndirmək lazımdır. Amma son zamanlar bunların aktivləşməsi təbii ki, Türkiyənin güclənməsinə xidmət edir ki, bu da bizim maraq dairəmizdədir. Mən inanmıram ki, Azərbaycanla bağlı başqa bir məsələ müzakirə masasına yatızdırılsın".