22 FETO-çu Yunanıstandadır SİYASİ SIĞINACAQ

16 Sentyabr 2019 14:26 (UTC+04:00)

Türkiyədən Yunanıstana 22 nəfər Fətullah Gülən tərəfdarın qaçdığı bildirilir. SİA xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” nəşri yazır. Rusiya nəşrinin qeyd etdiyinə görə, onların hər biri 2016-cı ildə Ankara tərəfindən dövlət çevrilişi cəhdində ittiham edilməkdədirlər.

“Onların hamısı qayıqlar vasitəsi ilə Egey dənizində yerləşən Kalimnos adasına yerləşiblər və ölkələrindəki həbs təhlükəsindən qorxaraq, yunan hakimiyyətindən siyasi sığınacaq istəyiblər”, deyə yazan rus nəşri qeyd edir ki, fətullahçılara işlərinə baxılmaları üçün Yunanıstanda müvəqqəti yaşamaq hüququ verilib və barələrində yekun qərar verilməyib.