Ermənistanda cinayətkarlıq artıb

16 Sentyabr 2019 14:10 (UTC+04:00)

Ermənistanda 30 yaşlı kişi həyat yoldaşını və qonşusunu bıçaqladığına görə saxlanılıb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan Respublikası İrəvan İstintaq Komitəsinin Avan və Nor Nork inzibati rayonlarının istintaq şöbəsində iki İrəvan sakininə orta və ağır dərəcəli bədən xəsarəti yetirilməsi barədə cinayət işi açılıb.

İlkin məlumata görə, 14 sentyabr 2019-cu ildə Ermənistan polisinin Nor Nork rayon Polis Şöbəsinə zəng edən naməlum bir vətəndaş, ərinin Avan Sayat-Nova rayonundakı mənzillərdən birində onu bıçaqladığını və qanaxması olduğunu bildirib.

Müqəddəs Qriqor Lusavoriç Tibb mərkəzindən də 31 yaşlı İrəvan sakininin “sinəsinin yuxarı sağ tərəfində ciddi kəsik” və 44 yaşlı bir kişinin “sinə zədəsi” ilə həkimə aparılğı barədə zəng gəlib.

İstintaq qrupu dərhal hadisə yerinə gedib.

Elə həmin gün RA İstintaq Komitəsinin İrəvan İstintaq İdarəsinin Avan və Nor Nork inzibati rayonlarının istintaq şöbəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin 112 (1) və 113-cü maddəsinin 1-ci hissələri ilə cinayət işi başlanılıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, onlara Avan Sayat-Nova rayonundakı mənzillərdən birində 30 yaşlı İrəvan sakini tərəfindən xəsarət yetirilib. Sonuncusu həbs olunub.

Bir sıra istintaq hərəkətləri, o cümlədən yerində araşdırma aparılıb, bu müddətdə cinayət aləti olan bıçaq ələ keçirilib və bir sıra şəxslər dindirilib.

Cinayət işi üçün lazım olan bir sıra məhkəmə ekspertizaları aparılıb.

İlkin istintaq davam edir.