Paşinyanın səhvləri daha acınacaqlı nəticələrə yol açır TƏHLİL

16 Sentyabr 2019 12:49 (UTC+04:00)

Paşinyan hakimiyyətinin səhvləri, yanlış addımları və yanlış siyasəti dəfələrlə qeyd edilir və bütün bu səhvlər və yanlışlıqların nəticə etibarı ilə acı nəticələri göz qabağındadır. Onun idarəetmə və iqtisadiyyatdakı səhvləri təhlil edildikcə səriştəsizliyi, bacarıqsızlığı və uğursuzluğu özünü açıq-aşkar şəkildə göstərir.

İstər idarəetmə, istərsə də iqtisadiyyat sahəsində məlumatsız, səriştəsiz və qətiyyətsiz birinin ölkəyə rəhbərlik etməsi Ermənistan üçün hansı nəticələr verdiyi dünya ictimaiyyəti üçün gizli deyil. Elə bu ölkənin özündə də etiraf edilir ki, yeni hakimiyyət özü ilə bərəbər böyük problemlər gətirib və idarəsizlik, xaos məhvə səbəb olacaq vacib amillərdəndir.

Nikol Paşinyan köhnə idarəetmə sistemini məhv etdi və ən pisi ilə əvəz etdi
Paşinyan idarəetmə baxımından nə etdi? Köhnə korrupsiyalı hakimiyyəti yenisi ilə əvəz etdi. Buna görə ermənilər ona ilk əvvəl inanmağa başladılar. Möhtəşəm gücə sahib olduğunu belə iddia edən hakimiyyət az sonra çarəsiz qaldığını gizlədə bilmədi. Verilən qərarların, edilən seçimlərin hamısının yanlış olduğunu ölkə ictimaiyyətinin diqqətindən yayındırmaq mümkün deyil və erməni cəmiyyəti bunun real həyatda tam aydın şəkildə təsdiqini gördülər. Verilən vədlər, pafoslu çıxışlar özünü doğrultmadı və hər bir sahədə nəinki geriləmə ümumiyyətlə, tənəzzül özünü göstərməyə başladı.
Əvvəllər ölkə heç olmasa idarə edilirdi. Doğrudur, bu idarəetmənin əsası korrupsiya sistemi, qarət və sərvətlərin yenidən bölüşdürülməsi sistemi idi. Bu sistemdə hər bir məmur öz yerini və yerinə yetirdiyi vəzifəni bilirdi. Amma bu qarət sistemi belə heç olmasa işləyirdi. Əlbəttə zəif işləyirdi, amma işləyirdi. İndi Paşinyan hakimiyyəti zəif də olsa ortaya bir iş çıxara bilmir. Əvvəlki sistemdən əli üzülən Ermənistan Paşinyanın sayəsində daha pis bir sistyemlə qarşılaşmalı oldu.

Yeni baş nazirin gətirdiyi yeni sistemdir, amma işləmir
Nikol köhnə korrupsiya sisteminin məmurlarını rəhbərlə ikinci dərəcəli şəxsi ayırd edə bilməyən kiçik məmurlarla əvəz etdi. Bu məmurların isə yarıtmazlığı reallığa çevrildi. Başqa cür gözləməyə də dəyməzdi. Paşinyan bunu çox gec başa düşdü. Əbəs yerə deyildi ki, baş nazir vaxtaşırı bir məmuru digəri ilə əvəzləyirdi və bununla gözdən pərdə asmağa çalışırdı. Çünki, yeni yəyin etdiklərinə hamıdan əvvəl özünün belə ümidləri yox idi. Səriştəsizliyin acı nıticələr verdiyini anlamışdı.
Nikol nə qədər dəyişiklik etsə də, öz fikirləri olmayan bu cür məmurlarla nəticə hasil edə bilməzdi, heç bilmədi də. Əvəzində yeni təyin olunmuş və baş nazirin “özününkü” hesab etdikləri komandası köhnə korrupsioner məmurlarla işləmək məcburiyyətində qaldılar. Onların isə təbii ki, müvafiq olaraq bu köhnə korrupsioner məmurların “əmrlərinə” xidmət etməkdən başqa çarələri ola bilməzdi. Nəticə isə onu deməyə əsas verir ki, hazırda hakimiyyətdə təmsil olunan yeni vəzifəli şəxslər və əl-ələ vermiş köhnə korrupsiyaner məmurlar Ermənistanın gələcəyini çəyirtkə kimi məhv edir.

Nikol nə etməli idi, amma bacarmadı?
Yeni dövr kimi təqdim etdiyi dövrdə Paşinyan korrupsiyanın olmayacağını elan etdi. Amma bu köhnə korrupsiya magistralının mövcud olmadığını ifadə etmir və buna özü də şahididir. Baş nazir köhnəni yeni birisi ilə əvəz etmək istiqamətində heç bir müsbət nəticə əldə edə bilmədi. Çünki, ilk növbədə hər bir sektorun inkişafı üçün bir fikir, daxili və qarşılıqlı nəzarətə malik müvafiq peşə strukturları və qurumların yaradılması lazım olduğu halda bunun şahidi olan olmadı. Baş nazirin təyin etdiyi yeni nazirlərin heç biri fikirlərini bildirmədi. Heç bir sistem inkişaf etdirilmədi, heç bir qurum yaradılmadı.
Qarşıya qoyulan hədəflərə çatmaq üçün aparıcı mütəxəssislərdən ibarət sistem yaratmaq lazım idi ki, onlar bu hədəfləri işləyib hazırlaya bilsinlər. Heç olmasa bunun üçün hədəfi təyin edən institutlar yaradılmalı idi ki, hədəf təyin edilsin. Amma nə mütəxəssislərdən ibarət sistem yaradıldı, nə də institutlar barədə düşünən oldu. Başqa bir yol da ortaya qoyulmadı. Ermənistan cəmiyyəti, özününkülər, özgələr və ictimaiyyət olmaqla bir neçə hissəyə bölündü ki, bu ölkə üçün məhvedicidir nəticələr vəd edir.
Bəs müəyyən edilmiş bir yol yoxdursa, bu problemlərin həlli ilə məşğul olan dəqiq müəyyənləşdirilmiş strukturlar və qurumlar yoxdursa nə olacaq? Aydın məsələdir ki, hökumət bu vəziyyətdə öz səhvlərini düzəltmək üçün nə görmə qabiliyyətinə, nə müvafiq biliyə sahibdir, nə də müvafiq qurum olmayan nazirlərin əli ilə heç bir nailiyyətdən söhbət ola bilməz.
Bu vəziyyətdə ölkə öz istiqamətini itirir. Yuxarıda göstərilən strukturlar və işləri yoluna qoya bilən qurumlar olmadıqda, nazirlər aciz qaldıqları səbəbindən və başqa bir şey edə bilmədiklərindən "mafiya qruplarını" yaratmağa başlayırlar. Ölkədə qarmaqarışıqlıqlar və absurd vəziyyətlər qaçılmaz olaraq artmağa başlayır. Bütün iqtisadi təşəbbüslər bloklanır, bu da öz növbəsində vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Belə bir şəraitdə yalanlar, manipulyasiyalar və saxtakarlıqlar istər-istəməz ön plana çıxır. Ölkə nəzarəti itirir və bundan sonra qaçılmaz olaraq hakimiyyət böhranı və hökumətin dəyişdirilməsi tələbləri meydana çıxır.

Ermənistanda iqtisadi tənəzzül Paşinyanın səhvlərinin məntiqi nəticəsi olaraq qaçılmazdır və günün reallığıdır
İqtisadiyyat sahəsində isə Paşinyanın əsas səhvi, ictimai istehsal sektorunun yaradılmasına göz yummasıdır. Ölkə daxilində istehsal müəssisələrinin qurulması, yerli istehsal haqqında düşünmür. Daim xarici investor axtarır. Xarici sərmayəyə gəlincə isə, bu, həmişə ölkənin qarət olunması kimi bir nəticələr verdiyi göz qabağındadır. Dövlət səhmdar cəmiyyətləri yaradılmır və uzunmüddətli investisiyalar yoxdur. İş yerləri də yaradılmır və qazanc ölkədə qalmır. Bu iqtisadi tənəzzül deməkdir. Daha dəqiq ifadə etsək, Paşinyanın səhvlərinin məntiqi nəticəsi olaraq Ermənistanda iqtisadi tənəzzül qaçılmazdır və günün reallığıdır.
Nikol Paşinyan daim təkrar və təkid edir ki, məqsədi yaxşı iş şəraiti yaratmaqdır. Hər dəfə də bildirir ki, iş şəraiti yaradılandan sonra qalanı insanların öz işləridir və qoy işlərini özləri görsünlər. Bu isə təbii ki, ümumiyyətlə düzgün yanaşma belə deyil deyil. Belə bir yanaşma iqtisadi irəliləyişə zərrə qədər şərait yarada bilməz və Ermənistanın bundan sonra daha acınacaqlı iqtisadi duruma düşəcəyini vəd edir. Ümumiyyətlə, sadalanan şərtlər daxilində hansısa nailiyyətlərdən, irəliləyişdən söhbət belə gedə bilməz və Paşinyan hakimiyyətinin səriştəsiz, bacarıqsız və səhvlər üzərində qurulan, beləcə də tətbiq olunan siyasəti, yanlış addım və taktikaları daha acınacaqlı nəticələrə yol açır. Belə bir şəraitdə Ermənistanın iqtisadiyyatı da, onun digər sahələri də tənəzzülə, hətta məhvə məhkumdur.