"Silahlı qüvvələrimiz hər zaman buna hazır olmalıdır" ÖZƏL-MÜNASİBƏT

16 Sentyabr 2019 14:22 (UTC+04:00)

"Naxçıvan Qarnizonu qoşunlarının növbəti komanda-qərargah təliminin keçirilməsi qarnizonda xidmət edən hərbiçilərin peşəkarlığının artırılması baxımından çox əhəmiyyətli hesab edirəm". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, hər bir hərbi təlim şəxsi heyətin yeni silahlardan istifadə təcrübəsini artırır: "Azərbaycan Milli Ordusu davamlı olaraq elmi əsaslarla idarə olunan yeni silahlar alır. Hərbi təlimlər orduya silahlardan bacarıqla istifadə etmək, qarşıya qoyulmuş tapşırığı yüksək səviyyədə icra etmək təcrübəsini qazandırır. Azərbaycan müharibə şəraitindədir və böyük problemimiz olan torpaqlarımızın işğal edilməsi üçün hərb yolu istisna olunmur. Ona görə də silahlı qüvvələrimiz hər zaman buna hazır olmalıdır və belə təlimlərin keçirilməsi ordumuzun hazırlıq səviyyəsini artırır. Həm də hərbi təlimlərin aparılması böyük xərc tələb edən məsələdir. Düşmənimizdən fərqli olaraq ölkəmizin iqtisadi gücü ordumuza yeni silahların alınmasına və mütəmadi olaraq hərbi təlimlərin keçirilməsinə imkan verir. Hərbi təlimlərin keçirilməsi həm də düşmənə bir mesajdır və biz göstəririk ki, qələbə əzmi ilə hər zaman müharibəyə hazırıq".