“Miran”ın sosial medianın gündəmində olan FOTOLARI

16 Sentyabr 2019 10:57 (UTC+04:00)

“Hercai” serialında Miran obrazına həyat verən türkiyəli aktyor Akın Akınözü kameralar qarşısına keçib. SİA-nın məlumatına görə, o, klassik obrazda pozlar verib. Çəkilən fotoların hamısı nüar janrında, yəni, ağ-qara rənglərdə olub.

Sənətçinin fotoları sosial mediada paylaşılıb və qısa zamanda minlərlə “like” toplayıb. Akının fanatları həmin fotoları paylaşaraq, onun ünvanına xoş sözlər yazıblar.